AFFA-dan "Səbail"in məşqçisinə və futbolçularına cəza
AFFA İntizam Komitəsi Azərbaycan 1-ci liqasının 27-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.
Sportliqa.az xəbər verir ki, MOİK – “Difai” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 210 manat cərimələnib.
“Zaqatala” – “Şəfa” oyununda “Şəfa”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib.
“Mingəçevir” – “Səbail” matçında “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt təmsilçisi 210 manat cərimə ödəyəcək.
Bu görüşün 77-ci dəqiqəsində “Səbail”in 15 nömrəli futbolçusu Fəxri Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmayacaq. Onun klubu isə “Səbail” komandası 900 manat cərimə edilib.
Həmin oyunun 84-cü dəqiqəsində “Səbail”in 27 nömrəli futbolçusu Lətif Rzayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəza alıb. “Səbail” 150 manat cərimələnib.
Eyni matçın 86-cı dəqiqəsində “Səbail”in məşqçisi İlyas Qurbanov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Bakı klubu isə 750 manat cərimə edilib.