Avstriya Futbol İttifaqı millinin baş məşqçisi Ralf Ranqniklə müqavilənin müddətini uzadıb.
Sportliqa.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı mütəxəssis 2028-ci ilədək Avstriya millisini çalışdıracaq.
67 yaşlı Ranqnik 2022-ci ildən Avstriya yığmasına rəhbərlik edir. O, “Leyptsiq”, “Şalke”, “Hoffenhaym”, “Hannover”, “Ştutqart”, Moskva “Lokomotiv”i və “Mançester Yunayted”in baş məşqçisi olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az