Azərbaycan millisinin üzvü Rumıniya klubunda
– RƏSMİ
Azərbaycan yığmasının müdafiəçisi Cəlal Hüseynovun yeni klubu müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını Rumıniyada davam etdirəcək. O, “Petrolul” klubu ilə 2 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Cəlal buna qədər Bolqarıstanın “Arda” klubunda çıxış edirdi.
Qeyd edək ki, Hüseynov "Petrolul"da oynayan ikinci azərbaycanlı futbolçu olacaq. Ona qədər Elhad Nəziri də 2013-cü ildə "Pertolul"da çıxış edib. Nəziri komandanın heyətində cəmi 2 matça çıxsa da, Rumıniya kubokunun qalibi olmağı bacarıb.