Kavani "Boka Xuniors"a lazım olmadı
Edinson Kavani Argentinanın "Boka Xuniors" klubundan ayrılıb.
Sportliqa.az xəbər verir ki, 39 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Kavani zədələr səbəbindən 2026-cı ildə "Boka Xuniors"da cəmi 2 rəsmi oyunda meydana çıxıb.
Qeyd edək ki, E.Kavani 2023-cü ildən "Boka Xuniors"un formasını geyinirdi. Uruqvay millisinin sabiq üzvü "Palermo", "Napoli", PSJ, "Mançester Yunayted" və "Valensiya"da da oynayıb.