“Pafos”a keçidin karyeramda uğurlu bir addım olacağını düşündüm” – Murad Məmmədov
– AÇIQLAMA
Azərbaycanın U-21 yığmasının futbolçusu Murad Məmmədov “Pafos”a transferinin uğurlu addım olacağını düşünür.
Sportliqa.az xəbər verir ki, futbolçu bunu klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, ötən mövsüm komandanın oyunlarını yaxından izlədiyini söyləyib:
“Ötən mövsüm bu komandanın oyunlarını yaxından izləyirdim və mənə çox xoş gəlirdi. Bunun karyeramda uğurlu bir addım olacağını düşündüm. Bir dəfə evdə oturarkən atama dedim ki, vaxt gələcək, mən belə klublarda oynayacağam, sən də evdən mənim avrokuboklardakı oyunlarımı izləyəcəksən. Şükürlər olsun ki, artıq buradayam və çox xoşbəxtəm”.