Uruqvay yığmasında ciddi itki
Uruqvay yığmasının yarımmüdafiəçisi Manuel Uqarte uzun müddətlik sıradan çıxıb.
Sportliqa.az xəbər verir ki, klubun yaydığı məlumata görə, bu gün aparılan MRT müayinəsindən sonra futbolçunun dizinin çarpaz bağlarının qopduğu təsdiqlənib. Bu zədə səbəbindən onun uzun müddət futboldan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Uqarte DÇ-2026-da Uruqvay yığmasının heyətində üç matçda iştirak edib. O, İspaniyaya qarşı keçirilən oyunda zədələnərək 45-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.