Levandovskinin yeni klubu rəsmən açıqlanıb
“Barselona”dan ayrılan Robert Levandovskinin yeni klubu rəsmən açıqlanıb.
Sportliqa.az xəbər verir ki, polşalı hücumçu ABŞ təmsilçisi “Çikaqo Fayr”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Levandovski ötən mövsüm “Barselona”da 46 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə edib. O, daha əvvəl Dortmund "Borussiya"sı və "Bavariya"da da çıxış edib.