Vüsal İsgəndərli Kosovo klubu ilə anlaşıb
Azərbaycan yığmasının üzvü Vüsal İsgəndərlinin yeni klubu müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, o, karyerasını Kosovoda davam etdirəcək.
30 yaşlı futbolçu “Malişeva” klubu ilə müqavilə bağlayıb. Bu barədə Kosovo təmsilçisinin sosial şəbəkə hesablarında paylaşım edilib.
Qeyd edək ki, İsgəndərli ötən mövsüm Albaniyanın “Partizani” klubunun formasını geyib.