"Gəncəbasar"ın baş məşqçisinin adı bu tarixdə müəyyənləşəcək
"Gəncəbasar" klubunun ictimaiyyət üçün təqdimatı keçiriləcək.
Sportliqa.az xəbər verir ki, tədbirdə klubun strateji planları, qarşıya qoyulan hədəflər, həyata keçirələcək layihələr, fəaliyyət istiqamətləri barədə məlumat veriləcək.
"Gəncəbasar"ın inkişaf modeli, müəyyənləşdirdiyi prioritetlər açıqlanacaq.
Mərasimdə klubun maskotunun təqdimatı da olacaq.
Tədbir çərçivəsində komandanın baş məşqçisinin adı açıqlanacaq, imza mərasimi keçiriləcək.
Təqdimat avqustun 21-də Bakıda "Hyatt Regency" otelinin "Nizami" zalında təşkil olunacaq və saat 14:30-da başlayacaq.