Sportliqa.az xəbər verir ki, gənc mütəxəssislə bir illik müqavilə bağlanıb. Elhad Nəzirinin təyinatı klubun təqdimat mərasimində ictimaiyyətə açıqlanıb.
Sabiq futbolçu kimi milli karyeraya malik olan Elhad Nəzirinin Premyer Liqa və I Liqa klublarında iş təcrübəsi var. 34 yaşlı çalışdırıcı elitada "Şamaxı" və "Səbail"də köməkçi məşqçi işləyib. I Liqada "Cəbrayıl"ın baş məşqçisi olub.
Tədbirdə çıxış edən Elhad Nəziri təklif zamanı "Gəncəbasar" layihəsinin ona maraqlı gəldiyini, klubun inkişafı, rəqabətədavamlı komandanın formalaşması üçün əzmlə çalışacağını vurğulayıb.