Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisi bu gün turnir çərçivəsində əvvəlcə Hövsan Yarış Kompleksində Andorra ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Yeganə qolu 20-ci dəqiqədə Həsən Mahmudov vurub. Andorra 38-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Millimizin qapıçısı Oktay Mehrəliyev komandasını qoldan xilas edib.
Azərbaycan yığması günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Bu qarşılaşma da Hövsan Yarış Kompleksində keçirilcək və saat 19:30-da başlayacaq.
Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib və hazırda 6 xalla AF qrupunda liderdir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az