
II Liqada mübarizə aparan "Füzuli" klubunun baş məşqçisi Amit Quluzadə postunu tərk edib.
Sportliqa.az xəbər verir ki, 31 yaşlı mütəxəssis bu barədə sosial şəbəkə hesabında məlumat verib. Gənc məşqçi istefa verdiyini bildirib.
Qeyd edək ki, Amit Quluzadə mövsümün əvvəlində "Füzuli"nin baş məşqçisi təyin edilmişdi. Komanda çempionatda 11 turdan sonra 20 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.