Fransanın "Lion" klubu UEFA Avropa Liqasın Liqa mərhələsinin 5-ci turunda "Qarabağ"la Bakıda keçirəcəyi oyuna görə Liqa 1-də "Nitsa" ilə matçının təxirə salınmasını istəyib.
Sportliqa.az xəbər verir ki, klub bununla bağlı Fransa Peşəkar Futbol Liqasına müraciət edib.
"Lion"un nümayəndələri 7 saatlıq uçuşu və 4600 km yol qət edəcəklərini əsas gətirərək, çempionatdakı oyunun başqa tarixə dəyişdirilməsini istəyiblər. Klubun müraciətinin isə hələlik rədd edildiyi bildirilib.
Qeyd edək ki, "Qarabağ" - "Lion" qarşılaşmasının noyabrın 28-də, Liqa 1-in 13-cü turunun "Lion" - "Nitsa" matçı isə dekabrın 1-də keçirilməsi nəzərdə tutulub.