Futbol üzrə Azərbaycan II Liqasında IV turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, "Şəfa" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Mövsümdə ilk qələbəsini qazanan "Şəfa" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Bütün oyunlarda uduzan "Şəmkir" isə sonuncu yerdədir.
"Şəfa" - "Şəmkir" 3:2
Qollar: Asim Quliyev, 25, Elşəm Mirzəzadə, 79, İbrahim Yusifov, 81 - Elgün Namazov, 39, 56