Futbol üzrə Azərbaycan I Liqasında IV turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub. "Şahdağ Qusar" - "Cəbrayıl", "Ağdaş" - "Lerik" matçlarında qalib müəyyənləşməyib. "Baku Sportinq" isə öz meydanında "Şəki Siti"ni məğlub edib.