
İyulun 5-i Şəki şəhərində "Şəki Siti" FK Biznes klub üzvlərinin növbəti görüşü keçirilib.
Sportliqa.az xəbər verir ki, görüş zamanı klubun hesabatı dinlənilib, növbəti mövsümlə bağlı büdcə proqnozu və xərclərinə baxılıb.
Həmçinin toplantıda Biznes klub üzvlərdən ibarət İdarə Heyəti yaradılmasına qərar verilib. Səsvermə yolu ilə ilk il üçün sədr olaraq, millət vəkili Vüqar İskəndərov seçilib.
Görüşün davamında klubun dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı planlar və təkliflər müzakirə olunub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması