"Kəpəz" kapitanlarını açıqlayıb
17 Avqust 2025 15:53
"Kəpəz" klubu yeni mövsüm üçün komandanın kapitanlarını təqdim edib.
Sportliqa.az xəbər verir ki, əsas kapitan Əli Səmədov olacaq.
Ötən ildən "Kəpəz"də çıxış edən Mahamadu Ba və Luis Paçu isə vitse-kapitanlar kimi sarğını daşıyacaqlar.
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasında yeni mövsümün ilk oyununa bu gün çıxacaq. "Sumqayıt"la səfər matçı 20:30-da başlayacaq.