
Rumıniyalı mütəxəssis Adrian Mutu 2023-cü ildə “Neftçi”yə keçidi barədə danışıb.
Sportliqa.az xəbər verir ki, o, “Rapid”dən ayrılaraq Bakı təmsilçisinə gəlişini karyerasının doğru addımı sayır:
“Peşman deyiləm. Niyə peşman olum ki? Elə seçimlər var ki, edirsən və arxasında da durursan. “Neftçi”dən gələn təklif o qədər böyük idi ki, rədd edə bilməzdim. “Rapid” isə yoluna davam edir və məncə, yaxşı görünür”, – deyə Mutu bildirib.
Qeyd edək ki, Mutu 2023-cü ildə “Neftçi” ilə illik 700 min avro dəyərində müqavilə imzalamışdı. O, hazırda işsizdir və son olaraq Rumıniyanın “Petrolul” klubunu çalışdırıb.
Mənbə: Digi Sport
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması