
Növbəti mövsümün hazırlığını davam etdirən “Şuşa” heyətini bir neçə futzalçı ilə gücləndirib, həmçinin, loqosunu dəyişib.
Sportliqa.az xəbər verir ki, Yüksək Liqa təmsilçisi “Neftçi” İK-dan ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də “Araz-Naxçıvan”ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb.
Ötən mövsüm “Yasamal Bakı”da çıxış etmiş Elçin Məmmədov da “Şuşa”nın uğurları üçün çalışacaq.
Klub həmçinin, yeni mövsümə yeni loqo ilə start verəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.