Futbol üzrə Azərbaycan 2-ci Liqasında 6-cı tura start verilib.
Sportliqa.az xəbər verir ki, iki günü əhatə edən turun açılış günündə üç oyun baş tutub.
“Göygöl”lə “Ağstafa Gəncləri”nin qarşılaşması qollu heç-heçə ilə yekunlaşıb - 1:1.
“Kür-Araz” evdə “Quba” ilə bacarmayıb. İsmayıl Məmmədovun komandası səfərdən 6 cavabsız qolla 3 xal qazanıb.
Günün mərkəzi görüşündə isə lider “Qaradağ Lökbatan” “Şəmkir”i qəbul edib. Vüqar Nadirovun komandası çətin rəqibindən xal almağa yaxın olsa da, son saniyələrdə penalti qolu ilə məğlub olub - 0:1.