Vüqar Nadirovla yollar ayrıldı
"Şəmkir" baş məşqçisi Vüqar Nadirovla yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə 2-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub Vüqar Nadirova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
"Şəmkir" hazırda 2-ci liqada 6 turdan sonra 9 xalla 6-cı pillədə qərarlaşıb.