Son 3 mövsümün 10 bombardiri
2-ci Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün ən yaxşı bombardiri Cavid İmamverdiyevdir.
Sportliqa.az xəbər verir ki, uzun fasilədən sonra 2023-cü ildə bərpa olunan və 3-cü mövsümü başa çatan turnirin ən məhsuldar oyunçusunun hesabında 65 qol var.
Daha iki futbolçu 60 qol səddini arxada qoyub. Elvin Nəsibovu rekordçudan 2 qol ayırır. Tural Qurbatov isə ikincilikdən bir top geridədir.
“Üçlük”dən başqa yalnız Vidadi Cəfərov 50-dən çox qol vurub. Onun aktivində 55 top var.
PFL bayrağı altında keçirilən 2-ci Liqanın 10 ən yaxşı bombardiri
Cavid İmamverdiyev – 65
Elvin Nəsibov – 63
Tural Qurbatov – 62
Vidadi Cəfərov – 55
Elxan Məmmədov – 43
Elariz Xəlilli – 42
Valeh Seyidov – 41
Tofiq Nəsibov – 33
Famil Camalov – 30
Bəhruz Teymurov – 27