Bu gün AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.
Sportliqa.az xəbər verir ki, iclasda “Ağdaş” FK tərəfindən daxil olmuş apellyasiya müraciətinə və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb. Bölgə təmsilçisinin apellyasiya müraciəti Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, 2-ci liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı olub.
Müzakirələrdən sonra “Ağdaş” FK-ya 2026/2027-ci il mövsümündə 2-ci liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsinə qərar verilib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az