Futbol üzrə Azərbaycan II Liqasında VI turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, Bu gün "Dinamo öz meydanında "Kürmük Qax"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 9-a yüksəldən "Dinamo" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Bütün oyunlarda uduzan "Kürmük Qax" isə sonuncu yerdədir.