“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la ilk görüşünü Gürcüstandan olan ədalət təmsilçiləri idarə edəcək.
Noyabrın 8-dəki matçın baş hakimi Qoqa Kikaçeişvili olacaq. Ona həmyerliləri David Axvlediani və Davit Qabisoniya kömək edəcəklər.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.