Sportliqa.az xəbər verir ki, dəyişikliklər çərçivəsində media departamentində PR menecer vəzifəsi yaradılıb. Həmin vəzifəyə teleaparıcı və yazar Aysel Zahidqızı təyin olunub.
Aysel Zahidqızı İctimai TV-də yayımlanan “Dikdaban” və “Sabahın xeyir, Azərbaycan” verilişlərinin aparıcısı kimi tanınır.
Aşıq Ələsgərin kötücəsi olan teleaparıcı, eyni zamanda “Sazın, sözün aşiqi” və “Sarı köynək” kitablarının müəllifidir.