Yuri Matias Samir Abasovu itələdi, ara qızışdı
- VİDEO
12 Noyabr 2023 13:43
Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi" "Sumqayıt"la qarşılaşıb.
"Ağ qaralar"ın 2:1 hesablı məğlubiyyəti ilə başa çatan matçdan sonra insident yaşanıb.
Qonaqların 3 xalı böyük coşğu ilə qeyd etməsi "Neftçi" cəbhəsinin xoşuna gəlməyib.
Belədə tərəflər arasında uzun müddət gərginlik yaşanıb. Hətta "Neftçi"nin müdafiəçisi Yuri Matias "Sumqayıt"ın baş məşqçisi Samir Abasovu itələyib.
Baş hakim Rauf Cabbarov qalmaqalın sonunda "Sumqayıt"ın çalışdırıcısı Samir Abasova qırmızı vərəqə və bir neçə futbolçuya sarı vərəqə göstərib.