Azərbaycan Premyer Liqasında 13-cü tur başa çatdı. "Neftçi Arena"da "Sumqayıt"ı qəbul edən "ağ-qaralar" meydanı məğlub tərk etdilər - 1:2
Sportliqa.az xəbər verir ki, paytaxt klubunun sabiq idman direktoru Ceyhun Sultanov "FutbolPress"ə açıqlamasında Adrian Mutunun komandaya uyğun məşqçi olmadığını dedi:
"Neftçi"də müsbət yöndə heç bir irəlləyiş görmürəm. Dəfələrlə qeyd etmişəm ki, Adrian Mutu "Neftçi"yə uğur qazandıracaq gücdə deyil. Açığını demək lazımdır ki, "Neftçi" ideal formadan çox uzaqdır. Futbolçuların keyfiyyəti aşağı-yuxarı Azərbaycan çempionatının səviyyəsinə uyğundu, amma yenə də Mutu ilə böyük işlər görmək mümkün olmayacaq".
Mütəxəssis "Neftçi TV"nin oyundan əvvəl hazırladığı video-rolik barədə də öz fikirlərini bölüşdü:
"Sumqayıt"la oyundan əvvəl klubun televiziyası video-rolik hazırlamışdı. Bu, normaldır. Lakin sən bunu edirsənsə, arxasında da dayanmalısan. Yəni qələbə qazanmalısan. "Sabah" və "Sumqayıt"a qarşı belə video-roliklər hazırladılar və hər iki matçda məğlub oldular. Ümumiyyətlə, əgər sən belə videolar hazır edirsənsə, cavabına da hazır olmalısan. Və ya meydana çıxıb qələbə qazanmalısan".