"Sumqayıt"ın futbolçuları milli komandalara dəvət alıb.
Sportliqa.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbuhi Abdullazadə və Tresor Mossi müvafiq olaraq Azərbaycan və Burundi millilərinə çağırılıb.
Bundan başqa Ayxan Süleymanlı və Nemət Şıxəmirov Azərbaycanın U-21, Nihad Əhmədzadə və Xəyal Fərzullayev isə U-19 yığmamıza cəlb olunub.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da İsveçlə, 19-da Belçika ilə qarşılaşacaq. Burundi millisi isə noyabrın 16-da Qambiyanı, 19-da Qabonu qəbul edəcək.