"Kəpəz"in yeni baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə açıqlama verib.
Sportliqa.az xəbər verir ki, o, komandanın uğurları üçün əlindən gələni edəcəyini deyib:
"Kəpəz" mənim üçün yad komanda deyil. Burada futbolçu kimi çıxış etmişəm. İndi də məşqçi kimi çalışacam. "Kəpəz"in uğurları üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Azarkeşlər və futbolçularımızla birlikdə komandanın uğurları üçün çalışacağıq. O vaxt bu kluba gələndə komanda da vəziyyət ağır idi. Bu gün də vəziyyət oxşardı. Azərkeşlərə çağırışım odur ki, bizə dəstək olsunlar. Danışıqlar çoxdadır davam edirdi. Əsas odur ki, azarkeşlərimiz stadiona gəlsinlər, bizimlə olsunlar. Baş məşqçi kimi bütün gücümü səfərbər edəcəyəm ki, "Kəpəz" layiq olduğu yerə qayıda bilsin".