“Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində “Bayer”lə Bakıdakı oyunda (0:1) zədələnib.
Sportliqa.az xəbər verir ki, rusiyalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında durumunu dəyərləndirib. Lunyov budəfəki zədəsinin ciddi olmadığını açıqlayıb: “Düzünü desəm, beynimdə artıq futbolla vidalaşmışdım. Başa düşdüm ki, altı aydan, bir ildən bir ağır zədə alsan, çətin olacaq. Burada isə dizimdən zədələndim. Ancaq həmin vəziyyətdə bu, baş verə biləcək ən yaxşısı idi.
Bu vəziyyətdə həkimlərin mənə dediklərinə şadam. Aydındır ki, həmişə milli komandada oynamaq istəyirsən. Hər halda, əsas məsələ sağlam qalmaqdır. Özümü sübut edərək, yenidən milliyə dəvət olunmaq lazımdır”.
Qeyd edək ki, Lunyov “Qarabağ”a yay fasiləsində “Bayer”dən keçib. O, uzun fasilədən sonra yenidən Rusiya millisinə çağırılmışdı. Lakin zədə üzündən heyətdən kənar qaldı.