Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov Avropa Liqasının qrup mərhələsində “Bayer”lə oyununda (0:1) zədələnən “Qarabağ”ın zədəli qolkiperi Andrey Lunyovun son durumundan danışıb.
Sportliqa.az sport24.ru saytına istinadən xəbər verir ki, Rusiya millisinin qapıçısı haqda deyib:
“Lunyov “Qarabağ”ın heyətində çempionatda çox yaxşı oynadı. O, bütün qələbələrdə böyük rol oynayır. Təlim-məşq toplanışına qədər daim əlaqə saxlayırdıq. Lunyov 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Tezliklə oynayacaq”.
Qeyd edək ki, bu yaxınlarda Lunyov uzun fasilədən sonra Rusiya millisinə dəvət almışdı.