"Çətin, ağır oyun oldu. Güclü rəqiblə qarşılaşdıq. Oyunçuların meydanda davranışından razı qaldım. Ümid edirəm ki, bu yöndə də davam edəcəyik".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu "Zenit"ə(2:1) qarşı keçirilmiş yoldaşlıq görüşündən sonra deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- "Neftçi"d' milli üzvləri olmasa da, "Zenit"ə qarşı yaxşı oyun sərgilədi. Bəs, çempionatda niyə bu cür oyun alınmır, qələbələr gəlmir?
- Yaxşı sualdır. Bu suala cavabım yoxdur.
- Bəlkə bizim çempionatda "Zenit" və "Spartak" kimi komandalar oynasın?
- Bu cür oyundan sonra üzülürəm. Çünki demək olar ki, eyni cür hazırlaşırıq. "Zenit" kimi güclü rəqibə qarşı belə oynayıb, digər matçlara isə fərqli yanaşma məni üzür. Sevindirici hal odur ki, Mirzov formasını yavaş-yavaş bərpa edir. Mirzov, Emin Mahmudov və digər oyunçularımızın qollarına ehtiyacımız var. Ümid edirəm ki, növbəti matçlarda da belə də olacaq.
- Rza Cəfərov yaxşı performans göstərdi. Ona bundan sonra da şans verəcəksiz?
- Bəlkə, sizə qələm və kağız verim, heyəti yazasınız? (gülür) Yaddan çıxarmayaq ki, Rzaya ilk dəfə şans verən mən idim. "Sabah"la oyunda onu meydana çıxaranda, hamı məni tənqid edirdi. İndi isə elə suallar verirdilər ki, niyə Rza oynamır? Hansısa verilişdə deyiblər ki, gənc oyunçulara güvənmirəm, etibar etmirəm. Onu bildirmək istəyirəm ki, Rza zədədən yeni qayıdıb. Ona görə oynada bilmirdim. Bu cür məlumatı TV-də bilməyərəkdən açıqlamaq "Neftçi"yə qarşı hörmətsizlikdir.
- Görünür ki, "Neftçi" və özünüz haqda yazılanları izləyirsiz. Komandanın indiki futbolçularınının adaptasiyasının gec getdiyini nəzərə alsaq, siz futbolçu kimi karyeranız ərzində hansı kluba uyğunlaşmada problem yaşamısız?
- "Neftçi" kimi böyük klubda çalışıramsa, əlbəttə ki, oxuyuram. Ətrafımdakı dostlar çoxdur və yazılanları tərcümə edib, mənə deyirlər. Özüm izləmirəm, çünki azərbaycanca danışa bilmirəm. Amma gələcəkdə, daha yaxından izləməyə çalışacam. Adaptasiya prosesi futbolçular üçün asan deyil. Andre Şinyaşiki MLS-dən gəlib və tələblər başqadır. ABŞ-da məğlubiyyətdən sonra onların üzərində təzyiq olmurdu. Amma burada liqaya daha fərqlidir, daha çətindir. Tənqidlər daha çox olur.
Sportal.az