"Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayev karyerasında son oyununu keçirən Ruslan Abışovla bağlı sosial media hesabında paylaşım edib.
Sportliqa.az xəbər verir ki, təcrübəli sima Abışovla bağlı bu sözləri yazıb və ona gələcək karyerasında uğurlar arzu edib:
"Yolun açıq olsun, Ruslan!
Uzun illəri əhatə edir dostluğumuz var. Həm komanda yoldaşı, həm rəqib olmuşuq. Bu illər ərzində səni tanımaq əla hisslər idi. Həyatın bu anları da var - ağrılı-acılı. İllərdir sevgi ilə bağlandığın işi sənin əlindən alır və heç vaxt geri qaytarmamaq şərti ilə.
Sən Şəxsiyyət kimi daha çox uğur qazanmısan. Düşünürəm, indi sənin həyatında ən vacib olan nədirsə, onlarla birlikdə olmağını və xoşbəxt sağlam yaşamağını arzuluyuram.
Azərbaycan idmanına etdiklərin üçün sənə təşəkkür edirəm!"