AFFA klubları incidir. Premyer Liqa, eləcə də I və II Liqa klubları dövlət yardımını vaxtında ala bilmir.
Ödənişlərin bir aylıq yubanma ilə verilməsi klublarda ciddi narazılıq yaradıb. Maaşların məhz həmin yardımdan ödənilməsi üzündən gecikmələr ümumi ab-havaya təsir göstərir. Təsəvvür edin, artıq noyabrın 22-sidir, amma heç bir futbolçu, məşqçi, eləcə də digər əməkdaşlar oktyabrın əməkhaqqısını almayıb.
Bu problem öz sponsoru olan klublarda da var. Dövlət yardımının xərclənmə istqamətləri bəllidir, buna uyğun hesabat verilməlidir. Və həmin məbləğin müəyyən hissəsinin maaşları xərclənməsi barədə şərt var. Klublar bunu etməsə, dövlət yardımından məhrum olacaq. AFFA ödənişləri yubadanda isə klublarda ciddi sıxıntılar yaşanır.
İlk aylarda AFFA vasitəsi ilə klublara çatdırılan dövlət yardımı yeni ayın ili iki həftəsi ərzində köçürülürdüsə, son vaxtlar bu müddət 20-dən tez olmur. Ona görə də hər gün klublar AFFA-nın mühasibatlığı ilə müharibə vəziyyətində olur. Bu vəziyyətin nəvaxtadək davam edəcəyini isə heç kim bilmir.
Problemin həll edilməməsi müxtəlif versiyaların ortaya çıxmasına səbəb olub. Əksəriyyət AFFA prezidenti Rövnəq Abdullayevin nüfuzdan salınması üçün belə ləngimələrin bilərəkdən edildiyini düşünür. Belə ki, maliyyə İqtisadiyyat Nazirliyindən istiqamətləndirilir və futbol qurumuna qarşı süni əngəllər yaradıldığı iddia edilr. Bəlkə də belə deyil, AFFA özü belə fon yaradır. Reallıq isə odur ki, klublar ödənişləri az qala bir aylıq gecikmə ilə alır və bu, çox ciddi problemlər yaradır.
Xatırladaq ki, Premyer Liqa klubları ayıq 300 min manat yardım alırsa, I Liqa klublarında bu məbləğ 50, II Liqada 5 min manatdır.
futbolinfo.az