"Neftçi"nin israilli vingeri Kenni Sayef xarici mətbuata açıqlama verib.
Sportliqa.az xəbər verir ki, "The Athletic"ə danışan yarımmüdafiəçi paytaxt klubundakı çıxışından söhbət açıb:
"Neftçi" böyük klubdur. Düşünürəm ki, bu, Azərbaycanın ən qocaman klubudur və görünən odur ki, onlar ölkənin ən çox sevilən komandasıdır. Son vaxtlar işlər bizim üçün heç də yaxşı getmir. Əvvəllər "Neftçi" demək olar ki, hər il çempion olurdusa, son 10 ildə "Qarabağ" liqada dominantlıq edir. Bakılılar güclü komanda qurmaq istəyirlər və bizim yenidən çempionata liderlik etməyimizə bir qədər vaxt lazımdır".
Sayef Adrian Mutunun “ağ-qaralar”a baş məşqçi təyin olunmasına da toxunub: "Mutunun olması bizim üçün yaxşıdır. Onun oynadığı yerləri və futbola dair biliklərini görsəniz, taktikadan və ya bizim necə oynamağımızı istədiyindən danışanda çox təsiredicidir. Mutu bizim oyuna nəzarət etməyimizi, topa sahib olmağımızı və şans yaratmağımızı istəyir".