
“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı üçün Misli Premyer Liqasının XIV turunun oyun cədvəlində dəyişiklik edilib.
Sportliqa.az xəbər verir ki, “Səbail klubunun müraciəti əsasında “Kəpəz” PFL tərəfindən məlumatlandırılıb və əvvəlcədən 18:30-da başlanması nəzərdə tutulan oyunun 14:00-da başlanmasına qərar verilib.
Bundan əlavə, təşkilati məsələlər ilə bağlı 16-cı turun “Zirə” - “Araz Naxçıvan” oyununun startı 18:00-dan 17:00-a keçirilib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması