"Neftçi" Bakıda Moskva "Spartak"ı ilə yoldaşlıq oyunu keçirə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə Moskva klubunun icraçı direktoru Oleq Maleşin yerli mətbuata müsahibəsində deyib: "Neftçi" ilə münasibətlərimiz çox yaxşıdır. Tarix hələ bəlli deyil, bilinən kimi məlumat verəcəyik".
"Neftçi" yayda Rusiyada "Spartak"la qarşılaşmış və 0:2 hesabıyla məğlub olmuşdu.
"Ağ-qaralar" noyabrın 18-da Bakıda "Zenit"ə yoldaşlıq oyununda qalib gəlib - 2:1.