"Sabah" futbolçusu Kristian Sebalyosla yollarını ayırmağı düşünür.
Sportliqa.az "FutbolPress"a istinadən xəbvər verir ki, buna səbəb ispan yarımmüdafiəçinin tez-tez zədələnməsidir. Klub yaxın zamanda Sebalyosla müqavilənin ləğvi ilə bağlı danışıqlara başlayacaq.
30 yaşlı futbolçu 2021-ci ilin avqustundan "Sabah"da çıxış edir. Bu yay zədə alan Sebalyos cari mövsümdə meydana çıxmayıb.
Kristian ümumilikdə "futuristlər"lə 29 oyunda 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi mövsümün sonunda başa çatır.