Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportliqa.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);
“Qəbələ” – “Turan Tovuz” oyununun 86-cı dəqiqəsində topdaşıyanlar meydançaya daxil olduğuna görə “Qəbələ” klubu 500 manat cərimə edilir (maddə 74.2);
“Qəbələ” – “Turan Tovuz” oyununun 90+2-ci dəqiqəsində “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
“Neftçi” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
“Neftçi” – “Araz-Naxçıvan” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 43.7);
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən stadiona dəymiş zərər (82 ədəd oturacağın sındırılması) “Qarabağ” klubu tərəfindən ödənilsin (maddə 51.6);