
"Sumqayıt" klubunun futbolçusu Kristian Velinovski sabah əməliyyat olunacaq.
Sportliqa.az xəbər verir ki, onun Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən "Lerik" - "Sumqayıt" oyununun 23-cü dəqiqəsində ayağı sınıb.
Xəstəxanaya yerləşdirilən yarımmüdafiəçinin hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı əməliyyatdan sonra dəqiq bilinəcək.
Qeyd edək ki, "Lerik" - "Sumqayıt" görüşü ikincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması