
"Sumqayıt"ın futbolçusu Kristian Velinovskinin əməliyyatı uğurla başa çatıb.
Sportliqa.az xəbər verir ki, şimali makedoniyalı vingerin ayağı 14 gün müddətində gipsdə olacaq. Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək.
Qeyd edək ki, Kristian Velinovski 3-4 ay sonra məşqlərə başlaya biləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.