Premyer Liqanın sonuncu pilləsində qərarlaşan "Kəpəz"də hərəkətlilik yaşanır.
Sportliqa.az saytına verilən məlumata görə, bu gün AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və Gəncə şəhərinin rəhbərliyi Gəncə Şəhər Stadionuna baş çəkiblər. Rəsmilər arenada aparılan işlərlə tanış olublar.
Səfərin məqsədi yalnız bu deyil. Bundan əlavə, "Kəpəz" rəhbərliyində dəyişiklik olacağı gözlənilir. Klubun İdarə Heyətinin rəhbəri İlqar Nadiri postundan göndəriləcək. Onu kimin əvəzləyəcəyi hələ bilinmir.
"Kəpəz"ə yeni sponsorun cəlb olunacağı da ehtimal edilir.