
Misli Premyer Liqasının 15-ci turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri bu gün iticket.az-da satışa çıxarılıb.
Sportliqa.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.
Qarşılaşmaya sabah saat 19:30-da start veriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması