"Kəpəz" Azərbaycan Premyer Liqasının 15-ci turunda öz meydanında "Sabah"a 0:2 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb:
"Azarkeşlərimizə təşəkkür edirəm, 90 dəqiqə komandanı dəstəklədilər. İstəyirik ki, daha böyük addımlar ataq. Amma hazırda bu, alınan iş deyil. Müəyyən vaxt lazımdır. Bəzi məsələlərdə irəliləyiş var. Komandaya aqresivlliyi gətirmişik. Sonluq çatışmır. Bunu da aradan qaldırmağa çalışacağıq".
- İlk hissədə komandanız hücumda daha parlaq oyun göstərdi. Müdafiədə isə kobud səhvlər gördük. Bu problem nədən qaynaqlanır?
- Komada hücumda olursa, müdafiə də onu sığortalayır. Bəli, bəsit qollar buraxdıq. Biz qol vurmalı idik, rəqib vurdu. Həmin anlarda komanadada konsentrasiya itdi.
- Vurğun Hüseynovun ehtiyatda qalmasının səbəbi nədir?
- Vurğun və ehtiyatda qalan digərləri güvəndiyimiz futbolçulardır. Hər kəsə şans verməyə çalışırıq. Vurğun təcrübəli futbolçudur. Üç gündən bir oynamaq onun üçün çətin olar, Bu gün hücumda olub qollar vurmaq istəyirdik.
- Mate Kvirkviya və Martinsi niyə əvəzlədiz?
- Kubok matçında da oynamışdılar. Qarşıda "Qəbələ" ilə oyunumuz var. Buna görə də onları əvəzlədik.