Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə Premyer Liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.
Sportliqa.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisinin kapitanı 15-ci turda “Səbail”lə matçda topu öz qapısından keçirib.
Bu isə qarşılaşmanın 1:1 hesabı ilə yekunlaşmasına səbəb olub.
Bunadək 44 müxtəlif klubun futbolçuları öz qapılarına qol vurmuşdular. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub. “Neftçi” hamıdan çox – 23 dəfə, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 dəfə belə halla üzləşiblər.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.