"Qarabağ" klubu təcrübəli vingeri Abdullah Zubirin mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmağa qərar verib.
Sportliqa.az xəbər verir ki, Mərakeş əsilli fransalı futbolçuya bu barədə məlumat verilib. Başqa klublardan təklifləri olan 32 yaşlı vingerin ilk seçimi Ağdam təmsilçisində qalmaq olacaq. Bu səbəbdən tərəflər arasında danışıqlar asan və uğurlu alınacaq.
"Qarabağ" Zubirə 2 illik sözləşmə təklif edib və yaxın həftələrdə anlaşmanın rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Zubir 2018-ci ildən "köhlən atlar"ın uğurları üçün çalışır.
Daşqın Əziz / Pressing.az