
"Neftçi" qış fasiləsində hücum xəttini gücləndirəcək.
Sportliqa.az-ın məlumatına əsasən, paytaxt təmsilçisinin idman direktorları Cənubi Amerika bazarında axtarışları gücləndiriblər. Buna qədər isə "ağ qaralar" 2 hücumçusu Yeqor Boqomolski və Aaron Samuel Olanare ilə yolları ayıracaq.
Artıq çəkisi olan və gözləntilərin altında qalan Olanarenin sözləşməsinə xitam veriləcək. Boqomolski isə icarəyə göndəriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.