
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə keçirilən oyunda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medina ölkə xaricində əməliyyat olunacaq.
Sportliqa.az xəbər verir ki, bu barədə "Report"a "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.
O, konkretləşmədiyi üçün həmin ölkənin adını açıqlamayıb: "İlkin müayinədən sonra Medinanın 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Amma dəqiq məlumat əməliyyatdan sonra bilinəcək".
Qeyd edək ki, kolumbiyalı müdafiəçi görüşün 75-ci dəqiqəsində əvəzlənib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hazırda "Qarabağ" 7 xalla ikinci pillədə yer alıb. Eyni xala malik Norveç təmsilçisi üçüncüdü
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.