"Neftçi" TV bağlana bilər.
Klubun daxilindən Pressing.az-a verilən informasiyaya görə, mövsümün sonunda "ağ-qaralar"ın yeni media komandası bu barədə rəhbərliyə məruzə edəcək.
Onlar televiziyanın artıq xərc olduğunu, işlərin daha çox digər istiqamətdə inkişaf etdirilməsini təklif edəcəklər.
Yeni media komandası düşünür ki, klub televiziyası artıq xərcdir və paytaxt təmsilçisinə PR baxımından çox şey qazandırmır.
Klub daxilində baş tutacaq müzakirələrdən sonra "Neftçi" TV-nin gələcək taleyi məlum oalcaq.
Daşqın Əziz / pressing.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.